Bu tarixədək qaz kartlarına ödəniş etmək olmayacaq

Bu tarixədək qaz kartlarına ödəniş etmək olmayacaq “SmartElektroniks” MMC tərəfindən “Azəriqaz” İstehsalat Birliyinin AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq.
“Azəriqaz” İB-dən verilən məlumata görə, bu səbəbdən ödəniş sisteminin fəaliyyətində müvəqqəti fasilə yaranacaq
“Ödəniş sistemi 2 mart saat 22:00-dan 3 mart saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq. Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur. Müvəqqəti narahatlığa görə üzr istəyirik”, - məlumatda bildirilib.

Geri qayıt