“Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb


“Nar üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionlarında infrastrukturumuzu genişləndirmək prioritet hədəfimizdir. Biz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidəqurulması istiqamətində həyata keçirilən önəmli layihələrə bundan sonra da öz dəstəyimizi göstərməyə davam edəcək, hər bir müştərimizin xidmətlərimizdən sərfəli qiymətə faydalanmasını təmin etmək üçün bütün mümkün səylərimizi səfərbər edəcəyik. Məhz bu yanaşma bizi sizə ən yaxın edir”, – deyə “Nar”ın baş icraşı direktoru Qunnar Panke mükafatlandırma mərasimində öz çıxışında qeyd edib.
2024-cü ildə şəbəkə infrastrukturunu daha da gücləndirməyi hədəfləyən “Nar” Qarabağın iqtisdibaza stansiyalarının, satış və xidmət mağazalarının sayını artırılmasını bu il də davam etdirməyi nəzərdə tutur.