Bayram ərəfəsində çərəzlər BAHALAŞIB - QİYMƏTLƏR

Bazarlarda növü və çeşidinə görə çərəzlərin qiyməti dəyişir. Ən çox qiyməti bahalaşan məhz ləpələrdir. Yerli istehsal olan qoz ləpəsinin qiyməti 17-22 manat arasında dəyişir. Fındıq ləpəsi isə 17-24 manata satılır. Kişmişlərin isə qiyməti 7-14 manat arasında dəyişir. Ən bahalı çərəz isə püstədir. Püstənin qiyməti 27-35 manatdır.
Digər çərəzlərin qiymətini təqdim edirik:
Qoz - 6-14 AZN
Fındıq - 8-10 AZN
Şabalıd - 8 AZN
Badam qabıqlı - 4.30
İydə - 7 AZN
İnnab - 8 AZN/BAKU.WS