Sumqayıt Tibb Mərkəzi fevral ayında göstərilən xidmətlərin statistikasını açıqlayıb

Sumqayıt Tibb Mərkəzi fevral ayında göstərilən xidmətlərin statistikasını açıqlayıb Sumqayıt Tibb Mərkəzi tərəfindən 2024-cü ilin fevral ayı ərzində vətəndaşlara 465 minə yaxın tibbi xidmət göstərilib.
Sumqayıt Tibb Mərkəzi (STM) 2024-cü ilin fevral ayında şəhər əhalisinə göstərilən xidmətlərin statistikasını açıqlayıb.
STM-nin tabeliyində olan tibb müəssisələrinə fevral ayı ərzində əhaliyə 464 min 769 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 348 min 237-si ambulator, 116 min 532-si isə stasionardır.
Qeyd edək ki, tibb müəssisəsinə müraciət edən hər bir ölkə vətəndaşı icbari tibbi sığortqnın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.
Geri qayıt