Cənub bölgəsində satılan balıqların qiyməti ARTDI

Alıcılar bildiriblər ki, mart ayının ilk günlərindən qiymətlərdə artım müşahidə olunur.
Satıcılar isə qeyd ediblər ki, qiymətlər balığın çeşidlərinə görə dəyişir.
Piştaxtalarda satılan balıqların kiloqramı iki manatdan başlayır. Ən bahalı balığın qiyməti isə 30 manatdır. Əsasən çərşənbənin rəmzinə çevrilmiş kütüm balığının qiymətində artım var.