Paşinyan aktiv tiktoker olmaq qərarına gəldi

Paşinyan aktiv tiktoker olmaq qərarına gəldi “Bu gündən etibarən “Dövlət haqqında söhbətlər” adlı seriya çəkilişlərimə başlayıram”.
Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan özünün “TikTok” səhifəsində paylaşdığı videoçarxda deyib.
Paşinyanın sözlərinə görə, çəkəcəyi videoçarxlarda dövlət, vətəndaş azadlığı və s. bu qəbildən mövzulara toxunacaq.  
“Hansı məsələlərə toxunulacağı artıq başlıqdan bəllidir, sadəcə olaraq bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Ümid edirəm ki, bu, hamımıza bu xaosda strateji, dərin düşüncə üçün materiala çevrilə bilər”, - deyə Paşinyan qeyd edib.
Mənbə: Erməni KİV

Geri qayıt