"Adi küçələrdə parkinq qiymətləri dözünülməz dərəcədə bahadır" - Deputat

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
Deputat təklif edib ki, səlahiyyətli qurum avtomobillərin hansı ərazilərdə sıxlıq təşkil etməsi barədə Bakıda proqramlı qaydada monitorinq keçirsin: "Beləliklə, həmin ərazilərdə parkinqlərin sayı artsın. Burada uduzmaq söhbəti olmayacaq. Xüsusi qurumlar kommersantları, biznesmenləri cəlb etsinlər, tender keçirsinlər. Dövlət özü də tikdirə, bundan qazana bilər. Nə qədər çox parkinq olsa, rəqabət də bir o qədər artacaq, qiymət də tənzimlənəcək. Məsələn, dəmiryol vağzalının qarşısında əvvəl 72 maşın saxlamaq üçün parkina var idi. İndi yığışdırıblar. Yaxşı, bu insanlar gəlib dostunu, qohum-əqrəbasını qarşılayanda maşını harada saxlasınlar? Həmin ərazidə də şərait yaradılmalıdır. Bu, çox vacib məsələdir. Şəhər artıq maşınların sayından boğulur və bu gün ən çox problem yaradan parkinqlərdir. Ucdantutma qiymətləri qaldırmaq doğru deyil".