Bakıda 900 qramlıq körpə təcili reanimasiyaya yerləşdirildi

“Vaxtından əvvəl dünyaya gələn 900 qram çəkidə olan körpə dərhal vəziyyəti ilə əlaqədar Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsinə köçürülüb. Həkim-neonatoloq Kövsər Azadəliyeva və tibbi heyətin nəzarəti altında stasionar nəzarətdə olan körpəyə aparılan 2.5 aylıq müalicədən sonra həyatının 70-ci günündə nevroloji simptomların müayinə və müalicəsi ilə bağlı Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb”, - bildirilib.