TƏBİB Azərbaycanın ən kök qadınına biganə qaldı - Video

R. Səmədovanın xəstəliyinə diaqnoz qoymaq mümkün olmayıb. Hər şey övladlarını itirməyi ilə başlayıb. Hər iki övladının ölümündən sonra R. Səmədova 6 il evdən çıxmayıb. İndi çıxmaq istəsə də, bunu bacarmır. Çünki yerindən qalxa da bilmir.
Ən kök qadının baxıcısı isə əridir. Çarəsiz ailə TƏBİB-ə müraciət edib, amma müsbət cavab ala bilməyib.
İctimai TV R. Səmədovanın evindən sujet hazırlayıb.