“Bakcell” Fəvvarələr meydanında yeni innovativ mağazasını təqdim etdi - Fotolar

Müştərilər “Bakcell”in növbəti həftələrdə təqdim edəcəyi yeni məhsullarla yerində tanış ola və onları birbaşa mağazadan əldə edə bilərlər. Hacı Zeynalabdin Tağıyev küçəsi 19 (Fəvvarələr Meydanı) ünvanında yerləşən yenilənmiş mağaza həftəiçi 9:00-dan 20:00-a, həftəsonu 10:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.
Qeyd edək ki, “Bakcell”in yeni təqdim olunmuş brend strategiyası gələcəyə hədəflənərək Azərbaycan üçün innovativ xidmətlər təqdim etməkdir.





