
Beynəlxalq Yaz Mühazirələrinin növbəti qonaq mühazirəçisi Rumıniyalı professor, Braşov Transilvaniya Universitetinin Sosiologiya və Kommunikasiya fakültəsinin dosenti Mihai Burlakunun tələbələrimiz üçün mühazirələri davam edir.
M.Burlakunun ilk mühazirəsinin mövzusu "Antropoloqlar nə edirlər: Antropologiyadan necə istifadə etmək olar?" olub. Professor mühazirədən sonra tələbələri maraqlandıran sualları cavablandırıb.
M.Burlakunun mühazirələri bu həftə ərzində davam edəcək. Mühazirələr ictimaiyyət üçün açıqdır.