Qərbi Kaspi Universitetinin Xor kollektivi Heydər Əliyev sarayının səhnəsində!

Müsabiqə-festivalda respublikada fəaliyyət göstərən 26 ali təhsil müəssisəsindən 3000-dən çox tələbə iştirak edib.
Birinci mərhələdə ali təhsil müəssisələrində yaradılmış münsiflər heyətinin iştirakı ilə seçimlər aparılıb, ikinci mərhələdə isə seçilmiş ən yaxşı ifaçı və kollektivlər festivalın yekun konsertində iştirak etmək hüququ qazanıblar.
Festival-müsabiqənin qalibləri yekun konsertin nəticələrinə uyğun olaraq müəyyən ediləcək. Qaliblər fəxri fərman və hədiyyələrlə mükafatlandırılacaqlar.
Xatırladaq ki, Qərbi Kaspi Universitetinin xor kollektivi müsabiqənin final mərhələsində yeganə xor kollektivi kimi çıxış edib.