"Sağlam yaşamın sirrləri-Müalicəvi arı məhsulları" mövzusunda seminar keçirilib

Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin Təbiət elmləri kafedrasının müəllimi b.ü.f.d.Mahmud Hümbətovun rəhbərliyi ilə Təbiət Elmləri Tədqiqatçılar Birliyinin 16 aprel Bioloqlar gününə həsr olunmuş "Sağlam yaşamın sirrləri-Müalicəvi arı məhsulları" mövzusunda seminar keçirilib.
Seminarda b.ü.f.d. Mahmud Hümbətov, 3-cü kurs biologiya tələbələri - Ağgül Ağazadə, Aysun Abdullayeva, Minarə Kərimli, Nəzrin Vəliyeva və Xədicə Rəcəbova məruzələrlə çıxış ediblər.
Müzakirələrdə həmçinin Təbiət Elmləri kafedrasının müdiri, b.ü.f.d. Ayaz Məmmədov, b.ü.f.d. Natavan Kərəmova, Könül Əhmədova, Şahbaz Şirəliyev və Sevinc Rəcəbova iştirak ediblər.
Sonda tədbirdə məruzə ilə çıxış edən tələbələr sertifikatla təltif olunublar.

Geri qayıt