Qərbi Kaspi Universiteti Özbəkistanın nüfuzlu universiteti ilə əməkdaşlıq edəcək

Qərbi Kaspi Universiteti Özbəkistanın nüfuzlu universiteti ilə əməkdaşlıq edəcək Qərbi Kaspi Universitetində universitetin professor-müəllim heyəti və “Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi Mühəndisləri İnstitutu” Milli Tədqiqat Universitetinin rektoru professor Bahadir Suyunoviç Mirzəyev və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Şerzod Rəhmonov arasında görüş keçirilib. 
Görüşdə Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov və “TIIAME” tədqiqat universitetinin rektoru prof. Bahadir Mirzəyev birgə əməkdaşlığın zəruriliyini və əhəmiyyətini qeyd ediblər.
Sonda tərəflər arasında müəllim və tələbə mübadiləsini, birgə elmi tədqiqatların aparılmasını, müxtəlif layihə və tədbirlərin təşkilini nəzərdə tutan anlaşma memorandumu imzalanıb.

Geri qayıt