"Anar Rzayevin "Bolt"u reklam etməsində məqsəd nədir?" - FOTO

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli bildirib.
"Dövlət qurumun hansısa özəl bir şirkəti belə reklam və təbliğ etməsinin anlamı nədir? Hər kəsə məlumdur ki, reklamlar 2 cür aparılır. Birincisi, rəsmi ödənişli şəkildə. İkincisi isə qeyri-rəsmi ödəniş yolu ilə. Dövlət qurumu heç zaman rəsmi şəkildə reklam götürə bilməz. AYNA rəhbəri Anar Rzayevin "Bolt"u reklam etməsində məqsəd nədir? Olmaya bağlı qapılar arxasında razılığamı gəliblər? Qurumun fəaliyyəti heç bir hal da gözləntiləri doğrultmur. AYNA özəl şirkət kimi idarə olunur. Anar Rzayev sanki özəl şirkət idarə edir. Özlərini "Bolt"un Azərbaycandakı filialı kimi aparırlar", - o bildirib.
Fotoları təqdim edirik
