Xalq artistindən Məmmədyarova etiraz: “Kişilər kosmosa uçublarsa, qadın da uçub...”

Bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva deyib.
“Hətta elə dövr var idi ki, Avropanın özündə qadınlar kişilərlə eyni saatda işləyirdilər, lakin qadınlara az pul ödəyirdilər. Sonradan isə bu qayda ortadan götürüldü, qadınlara seçim hüququ verildi. Yəni bu fikir artıq geridə qalıb. Elə qadınlar var ki, kişilərdən də ağıllıdırlar, dünya görüşləri daha zəngindir. Əgər kişilər kosmosa uçublarsa, qadın da uçub. Məsələn, Rusiyada. Elmi cəhətdən kişilərin üstün olduğunu deyirsinizsə, nədə üstündürlər? Elə bizdə də, Avropada da qadınlar həmişə təhsildə də, tibdə də, mədəniyyətdə də irəlidə olublar. Fikrimi təkrar edirəm, kişilər qadınlardan yalnız fiziki cəhətdən üstündürlər!”, - o bildirib.
Xatırlatma: Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarovun “Persona” verilişində səsləndirdiyi “Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?! Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz, çünki yoxdur” fikirləri müzakirəyə səbəb olub.