Deputat Şeyxə müraciət etdi: "Yas mərasimlərində yemək verilməsinin aradan qaldırılması barədə fətva verilsin"

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
"Ümumiyyətlə, ehsana qarşı deyiləm. Kim ehsan vermək istəyirsə, müəyyən yerlərdə verə bilər. İmkanı olan şəxslər hansısa kəndə yol çəkilməsini həyata keçirə, yaxud qəbiristanlıq yolunu düzəldə, abadlıq işləri apara, kimsəsizlər evinə yardımlar edə bilərlər. Bəlkə, bu, vəfat edənin ruhu üçün daha xoş olar. Xahiş edirəm, bu təklifimə baxsınlar. Azərbaycanda yas mərasimlərində yemək vermək adətinin aradan qaldırılması barədə fətva versinlər", - deputat bildirib.