Pensiya ilə bağlı mühüm xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Pravda.az-a verilən xəbərə görə, 2019-cu ilin əvvəlindən başlayaraq sosial təminat növləri üzrə ödənişlərin təyinatı elektronlaşdırılıb.
Proaktiv təyinat mexanizmi vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq sosial ödənişlərin təyinatının e-sistem üzərindən avtomatik şəkildə həyata keçirilməsinə imkan verir.