
Qərbi Kaspi Universitetinin “Meşəçilik” ixstisasında təhsil alan bir qrup tələbəsi universitetin Təbiət Elmləri kafedrasının müəllimi Ədilağa Məlikovun rəhbərliyi ilə “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar olaraq Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinin 3 saylı Yaşıllaşdırma İdarəsində olublar.
Tələbələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı şəhəri və ətraf ərazilərin yaşıllaşdırılması” layihələri çərçivəsində ağacəkmə aksiyasında iştirak ediblər. Bakı-Şamaxı yolunun 27-28-ci kilometrliyində çoxsaylı qiymətli eldar şamı və zeytun tingləri əkilmişdir.