Sahil Babayev tanınmış aparıcıya vəzifə verdi — FOTO

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Maya İmran Novruzova bundan sonra fəaliyyətini dövlət qurumunda davam etdirəcək.
O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin Media və İnformasiya təminatı şöbəsində Baş mütəxəssis vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Maya İmran Novruzova 2018-ci ildən ATV-də çalışırdı.
O, bir müddət “ATV səhər” proqramının da aparıcısı olub.