"Oğlumun toyunda ən çox nəməri Röya verdi”

Yenilik.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist İlkin Əhmədov qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.
Aparıcının "Oğlunuzun toyuna ən çox nəmər verən hansı həmkarınız oldu?" sualına İlkinin cavabı belə olub:
"Bu cür xanımlarımızı Allah qorusun, səhnəmizdə var etsin. Onun mərdliyi, cəsarəti... Onun sənəti göz önündədir. Ona hər şeyin gözəli yaraşır. Biz ailəlikcə dostuq. Onun atası Yaqub bəyi buradan salamlayıram. Xalq artistimiz, sevilən sənətkarımız Röya Ayxan, ən çox nəməri o verdi".