Mediatorların Şimali Kipr Türk Cümhuriyyətinə növbəti səfəri başlayıb

Daha öncə də təşkil edilən səfərdə ölkəmizi təmsil edən nümayəndə heyətinə Mediasiya Şurasının üzvü, mediator Orxan Mahmudov rəhbərlik edir. Eyni zamanda nümayəndə heyətinin tərkibinə mediatorlar Raul İsmayılov, Venera Əsgərova, Ramiz Kərimov və Venera Əsgərova daxildir.
Səfər ərzində mediatorlardan ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Kiprdəki səfirliyi, Türkiyə Cümhuriyyətinin Kiprdəki səfirliyi, Şimali Kipr Türk Cümhuriyyəti Ali Məhkəməsi, Ombudsman, Vəkillər Kollegiyası və bu kimi bir sıra qurumlarla rəsmi görüşlər keçirəcək. Bundan əlavə Kipr Məclisinin sədri, Musiad, Diaspora nümayəndələri də ziyarət ediləcək və müzakirələr aparılacaq.