“Kapital Bank” sahibkarı zərərə salıb – Şikayət

“Texniki problem də nədir sizcə? Təsisçiyə divident ödənilir, imtina gəlir, hansı ki, birbank biznesdə sənəd əlavə etmək hissələri işləmir, biz də ümumi sənəd dövriyyəsinə yükləyirik. Zəng edib sonra başa salırıq, ondan sonra “danq” edir bunlara və günlər çəkir bu prosses. 3 dəfə divident ödəmişik, hər üçündə eyni hal. Hələ də yarıtmırlar.
Bardağı daşıran son damla isə dünən olub. Ə.Rəcəblidə filialda biznes kartdan nağdlaşdırma edəndə pul balansdan silinir, bankomat pulu vermir. Zəng edirik, əzbərçi operatorlar nə deyir? 30-40 dəqiqə ərzində geri qayıdacaq. qayıtdımı? Əlbəttə xeyr! Nəyi yarıdıblar ki, bunu da yarıtsınlar”.
Şikayətçi məsləhət görür ki, mümkün qədər “Kapital Bank”dan uzaq qaçmaq mlazımdır:
“Bunu həm adi istifadəçi kimi, həm də sahibkar kimi şiddətlə tövsiyyə edirəm”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar
