Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı AÇIQLAMA

Modern.az saytının əməkdaşı bu iddia ilə bağlı VI çağırış Milli Məclisin deputatı Siyavuş Novruzovla əlaqə saxlayıb.
S.Novruzov sayta açıqlamasında xəbəri təkzib edib:
"Mən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının üzvüyəm, seçki komissiyasının deyil. Bu xəbər yalandır. Seçki komissiyasının tərkibinə daxil edilsəydim, onda namizədliyimi irəli sürə bilməzdim. Amma indiki halda namizədliyimi irəli sürə bilməyəcəyim haqda xəbər kökündən yanlışdır. Mərkəzi Seçki Qərargahının üzvləri arasında elə deputatlar da olmalıdır. Bu xəbər mənə qarşı açıq-aydın təxribatdır”.