“Bakcell” ölkədə ilk dəfə VoWiFi texnologiyasını təqdim edib

VoWiFi xidmətinin üstünlükləri nələrdir?
-VoWiFi xidməti ilə abunəçi xaricdə olarkən daxil olan rouminq zənglərini tamamilə pulsuz qəbul edə biləcək.
-Şəbəkənin olmadığı yerlərdə belə, WiFi üzərindən mobil nömrə ilə yüksək keyfiyyətli zəng etmək mümkün olacaq.
-Xaricdə olarkən VoWiFi xidməti ilə edilən zənglərə Azərbaycandakı tarif tətbiq edilir. Bu isə beynəlxalq zənglərdə əlavə xərclərə qənaət etməyə kömək edəcək.
Smartfonun VoWiFi texnologiyasını dəstəkləməsini *309# kodunu yığmaqla yoxlamaq olar. Ətraflı məlumat bakcell.com/vowifi səhifəsində yerləşdirilib.
Qeyd edək ki, VoWiFi texnologiyası “Bakcell”in yeni brend strategiyasına daxil olan innovativ məhsullardan biridir. Şirkət qarşıdakı dövrdə bir sıra yeni məhsulları abunəçilərin ixtiyarına verməyi planlaşdırır.