Azərbaycan Prezidenti jurnalistlərin sualına cavab olaraq gülümsəyərək əli ilə “əla” işarəsi göstərib.
Ermənistanın baş naziri isə sualı cavabsız qoyub. Onun bu hərəkəti Ermənistan KİV-də birmənalı qarşılanmayıb.
Qeyd edək ki, bundan bir qədər sonra rəsmi Bakı Ermənistan baş nazirinin Azərbaycan Prezidenti ilə görüşdən imtina etdiyini, bu addımın sülh danışıqlarından geri çəkilmək kimi qəbul edildiyini açıqlayıb.