Siyavuş Novruzov seçkiyə rəqibsiz gedir

Siyavuş Novruzov seçkiyə rəqibsiz gedir Xəbər verdiyimiz kimi, YAP 2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 2 saylı Şərur-Kəngərli seçki dairəsindən Siyavuş Novruzovun namizədliyini irəli sürüb. 
Bizim.Media-nın əldə etdiyi məlumata əsasən, hal-hazırda Siyavuş Novruzovun namizədliyinin irəli sürüldüyü dairədə rəqibi yoxdur. 
Məsələni dəqiqləşdirmək üçün VI çağırış deputatının özüylə əlaqə saxladıq. 
Siyavuş Novruzov saytımıza açıqlamasında yayılan informasiyalar haqqında məlumatının olmadığını vurğulayıb: 
“Bunun məsələyə heç bir aidiyyəti yoxdur. Rəqibim niyə yoxdur ki?! İstənilən vətəndaş namizədliyini irəli sürsə, rəqib olacaq. Hal-hazırda rəqibimin olub-olmaması ilə bağlı məlumatım yoxdur”, deyə o, bildirib. 
Bu dəyişikliyin seçkilərdə onun səs toplamasına təsir edib-etməyəcəyi ilə bağlı sualımıza isə Siyavuş Novruzov cavab verməkdən yayınıb. 

Geri qayıt