Deputat: “Yanacağın qiyməti cüzi miqdarda artan kimi işbazlar interneti bahalaşdırdılar”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
“Bu gün Azərbaycan əhalisinin əksər hissəsi internetdən səmərəli istifadə edir. İnternet istifadəçilərinin sayı gündən-günə artır. Onlara kömək olmaq, tələbatlarını daha yaxşı ödəmək əvəzinə qiymətləri artırmaq düzgün deyil. Hər bir sahədə qiymət tənzimlənməsinin qanunauyğun aparılması vacibdir. Sözsüz ki, bu da vətəndaşların ürəyincə olar”, - deputat bildirib.