
Qərbi Kaspi Universitetin professoru, Azərbaycan Futuroloqlar Cəmiyyətinin təsisçisi, "Minilliyin Layihəsi" Qlobal Beynəlxalq Təşkilatının Azərbaycan bölməsinin sədri, fəlsəfə doktoru Reyhan Hüseynova Finlandiyanın Turku şəhərində "Təbii Resursların Gələcəyi" adlı 24-cü beynəlxalq konfransda ölkəmizi təmsil edib.
Professor konfransda "Azərbaycanda təbii sərvətlərdən istifadənin azaldılmasında yaşıl enerjinin rolu" mövzusunda məruzə ilə çıxış edib.