Qəza törədən sərhəd xidmətinin xanım əməkdaşı barmaq göstərib qaçdı - VİDEO

Belə ki, 99-RL-370 qeydiyyat nişanlı "VAZ" markalı avtomobilin sürücüsü 77-GH-786 qeydiyyat nişanlı "KIA" markalı avtomobili arxadan vurub. Lakin xanım sürücü qəza törətmədiyini iddia edərək hadisə yerindən yayınmağa çalışıb.
Zərərçəkən sürücü onun videosunu qeydə alan zaman, xanım sürücü nalayiq hərəkətlər edərək oradan uzaqlaşıb.
Qeyd edək ki, qəzaya səbəb olan xanım sürücünün Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğu bildirilir.
Pravda/az