“Ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi” mövzusunda onlayn görüş keçirilib

Görüşdə Bakı 18 saylı Mediasiya Təşkilatının rəhbəri Sadiq Bağırov, Mediasiya Şurasının əməkdaşı Maksim Lətifov, Dövlət Komitəsinin nümayəndələri Gülnarə Məmmədova, Cəmilə Bağırova, Taliyə İbrahimova, Səmra Əliyeva və eyni zamanda 55 yerli icra hakimiyyətinin müvafiq nümayəndələri iştirak ediblər.
Tədbirdə Mediasiya haqqında qanun, mediasiya xidmətləri barədə əhalinin məlumatlandırılması, əlçatanlığın artırılması, ailədaxili mübahisələr və bu mübahisələr zamanı xüsusilə uşaqların mənafeyinin qorunması ilə bağlı mövcud problemlər, həmçinin onların həlli istiqamətində təkliflər müzakirə edilib.
Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair Dövlət Proqramının icrası istiqamətində mövzu ilə bağlı görüşlərin davam etdirilməsi nəzərdə tutulub.