Anar Məmmədovun rəqibi: "Şəhid anasını 40 dərəcə istidə görüşə gətirməzlər"

Pravda.az xəbər verir ki, Məcidzadənin sözlərinə görə, inkvizisiya dövründə insanları oda atırdılar, indi də 40 dərəcə istidə, çətir altına məcburi şəkildə Anar Məmmədovun görüşünə gətirirlər: "Şəhid anasını 40 dərəcə istidə görüşə gətirməzlər. Deputatlığa namizəd bunu edə bilməz. Mənim gördüyüm tərbiyə budur ki, şəhid anasının ayağına gedərlər, yanında oturarlar. Din xadimlərini, başqa rayonlardan olan insanları görüşə gətirməzlər. Vəzifədən, 5-10 manat puldan ötrü insanların istəmədikləri görüşlərə gətirilmələri çox ağırdır. Müraciətlərimin cavabsız qalmasını özlərinə qələbə sayırlarsa, qoy saysınlar".