Eldar Quliyevlə bağlı daha bir şok açıqlama: "Maştağanı alıb..."

Demokrat.az-ın xəbərinə görə, bunu bunu Gələcək Azərbaycan Partiyasının (GAP) 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizədi Aslan Həmidli bildirib.

"Maştağanın böyük hissəsi Eldar Quliyev tərəfindən alınıb. Maştağada olan kafelər, restoranlar, çayxanalar, ət dükanları və s obyektlərin tək sahibi Eldar Quliyevdir. Sosial sorğular da onu göstərir ki, sakinlər Eldar Quliyevi qəti şəkildə istəmirlər. Gələn il 74 yaşına olacaq Quliyevin nə etmək istədiyini heç özü də bilmir…" - o qeyd edib.