Qubada ana və körpə ölümünün səbəbi açıqlandı

TƏBİB-dən bildirilib ki, müayinələr aparıldıqdan sonra uşaqlıq üzərində çapıq və başlamış doğuş fəaliyyətini nəzərə alınaraq təkrar keysəriyyə kəsiyi əməliyyatı həyata keçirilib.
Saat 13:55-də spinal anesteziya tətbiq olunan zaman anada anafilaktik şok əlamətləri müşahidə olunub. Göstərilən tam həcmli intensiv reanimasion tədbirlərə baxmayaraq, ana və bətnindəki körpənin həmin gün saat 15:00 radələrində ölüm faktı qeydə alınıb.