Heydər Əliyev Fondu Gəncə və Şəkidə uşaqlar üçün tədbir təşkil etdi - Fotolar

Heydər Əliyev Fondu Gəncə və Şəkidə uşaqlar üçün tədbir təşkil etdi - Fotolar Avqustun 26-da Heydər Əliyev Fondu xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik keçirib.
Yenilik.az xəbər verir ki, əyləncə tədbirlərindən biri Gəncədəki 4 saylı Uşaq evi sosial xidmət müəssisəsində keçirilib.
Şənlikdə  DJ-lərin, animatorların iştirakı ilə müxtəlif əyləncə və şou proqramlar təqdim edilib, maraqlı müsabiqələr, idman estafetləri və oyunlar keçirilib.
***
Bu gün Heydər Əliyev Fondunun uşaqlar üçün keçirdiyi növbəti şənliyin ünvanı Şəki şəhəri olub.
Fondun Şəkidə 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində təşkil etdiyi şənlikdə azyaşlılar və yeniyetmələr müxtəlif oyunlar və müsabiqələr vasitəsilə bacarıq və qabiliyyətlərini nümayiş etdirib, yay ovqatlı yaddaqalan bir gün keçiriblər.
Təşkil edilən oyunlar - “Xəzinə ovu”, “Balonlu estafet”, “Sehrbaz” şou və digərləri uşaqların həm istirahətinin səmərəli təşkilinə, həm də inkişafına bir töhfə olub.







Geri qayıt