Tahir Kərimli: ““Uşaqpulu” verilmirsə, şagirdlərə də tələbələr kimi təqaüd verilsin”

Bu sözləri Pravda.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
Partiya sədri bildirib ki, şagirdlərə təqaüd verilməsi iki nöqteyi-nəzərdən faydalı olar: “Birincisi, bu, uşaqları yaxşı bilik almağa həvəsləndirər, həm də onların ailələrinə maddi kömək göstərilər. İkincisi, Azərbaycanda uşaqpulu verilmirsə, bunun əvəzinə şagirdlərə təqaüd verilməsi konpensasiya kimi nəzərdə tutula bilər. Doğrudan da, bu məsələyə baxılsa, yaxşı olar”.