Nazir müavini sərgiyə qatıldı, "Ən böyük hədiyyə kitab hədiyyəsidir" deyib, 500 manatlıq kitab yığdı, heç bir ödəniş etmədi - ŞOK

Pravda.az-ın xəbərinə görə, bunu "Qanun" nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu bildirib.
O, məmurlara, vəzifəli şəxslərə çağırış edib: "Cənab daxili işlər naziri, sizi sərgidə görmək istəyirəm. Cənab baş prokuror, sizi sərgidə gözləyirəm. Milli Məclisin sədri, Sahibə xanım, siz intelektual insansınız, niyə sərgiyə gəlmirsiniz? Bir nazir müavini gəlmişdi, dedi ki, "ən böyük hədiyyə kitab hədiyyəsidir." 500 manatlıq kitab yığdı, heç bir ödəniş etmədi. Yenilikçi Mikayıl müəllim, sizi də sərgiyə dəvət edirəm. Səfirlər, diplomatlar, böyük şirkətlər, komitə rəhbərləri – kollektivinizlə sərgiyə gəlin. Bu sərgi sizin üçündür. Azərbaycan kitabı sizi gözləyir!"