Komitənin sədr müavini: “AYNA-nın və onun rəhbərinin fəaliyyətinə baxılamlıdır, su da bir yerdə qalanda iy verir”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev deyib.
“İstənilən şəxs daşıdığı vəzifəyə uyğun deyilsə, vəzifənin öhdəsindən gəlmirsə, dəyişiklik etmək lazımdır. Burada qeyri-adi nəsə yoxdur. Bizdə belədir ki, bir adam hansısa quruma təyin olunursa, uzun müddət həmin vəzifədə qalır. Su da bir yerdə qalanda iy verir. Buna görə də vəzifəni dəyişməkdən qorxmaq lazım deyil. Təbii ki, bir adamı qaralamaq, günahı bir adamın üzərində atmaq düşüncəsi də doğru olmaz. AYNA-nın fəaliyyəti ictimaiyyətin, medianın qarşısında açıq təhlil olunmalıdır, müvafiq qurumlar açıqlamalar verməlidirlər. Bundan sonra doğru qərar qəbul edilməlidir”, - deputat bildirib.