Vəkillər Kollegiyasının sədri məişət zorakılığından DANIŞDI

O bildirib ki, problemin həlli kompleks yanaşma tələb edir və bu yanaşmanın əsas komponentlərindən biri müxtəlif qurumlar arasında koordinasiyalı işin təşkil olunmasıdır:
Anar Bağırovun sözlərinə görə, komitə ilə birgə əməkdaşlıq çərçivəsində kollegiya ilə komitə arasında məişət zorakılığından zərərçəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb:
"Memoranduma əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri, eləcə də müvafiq qeyri-dövlət yardım mərkəzlərindən Vəkillər Kollegiyasına müraciət daxil olduqda, kollegiyanın təyin etdiyi vəkil tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxsə müvafiq "Pro Bono" hüquqi dəstək xidməti göstərilir".