Mikayıl Cabbarov: "Azərbaycan iqtisadiyyatında müsbət dinamika müşahidə olunur"

Nazir qeyd edib ki, gələcəyimizi çox düşünməliyik:
"Azərbaycan iqtisadiyyatında müsbət dinamika müşahidə olunur. Bugünkü tədbir gələcək innovasiyalarla bağlı danışmağımıza kömək edir. Biz gələcəyimizi düşünməli, yerli uğursuzluqlara qarşı səbir göstərməliyik. Bunların hər biri innovasiyaların inkişafı üçün vacib amildir. Çünki bir sıra innovativ həllər planlaşdırıldığı kimi özünü doğrultmur. Bu da bizi daha da qətiyyətlə irəli getməyə sövq edir".