“Problem təkcə “Trendyol”da deyil, digər onlayn ticarət platformalarında da var” - AÇIQLAMA - VİDEO

Bu sözləri Pravda.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.
“Çox təəssüf ki, bu poblem var. Bütün bunların səbəbi ölkədə istehlakçı siyasətinin zəif olmasıdır. Problemlər istehlakçı hüquqlarını qoruyan dövlət orqanının fəaliyyətsizliyindən doğur. Təsadüfi deyil ki, bundan narahat olan cənab Prezident 25 gün öncə istehlakçı hüquqlarını qoruyan dövlət orqanını İqtisadiyyat Nazirliyinin tərkibindən çıxardı, Prezident Administrasiyasına tabe olan bir agentliyə çevirdi. Bəlkə, bundan sonra o qurum normal işləyər, çünki bu sahədə problemlər yaşanır. Bütün hallarda istehlakçılar 195 telefon xətti ilə dövlət orqanına müraciət etsinlər”, - o bildirib.
Qeyd: Bakıda vətəndaş Türkiyənin məşhur onlayn alış-veriş şirkəti olan "Trendyol" vasitəsilə notbuk sifariş verib. Məhsulun əvəzinə milçək dərmanı göndərilib. Həm karqo şirkətinə, həm də "Trendyol"a dəfələrlə müraciət olunub, lakin təzminat ödənilmir.