Marketlərdən satılan çəkilmiş ətlərlə bağlı ŞOK FAKTLAR

Marketlərdən çəkilmiş ət almağa dəyərmi?
Məsələ ilə bağlı suallarımızı qida eksperti Ağa Salamov cavablayıb:
"İstehlakçıların hazır çəkilmiş ət almağını məsləhət görmürük. Hansı ki, həmin məhsullar brend marka altında satılmır, təsdiqlənmiş deyil və baytar nəzarəti altında kəsilmir. Məsələn, ət aldığınız şirkətə qida institutundan nəzarət var, baytarı var, qida zənciri qırılmayıbsa ,o zaman, etibar etmək olar. Ancaq etibar etmədiyimiz mənbələr də var. Supermarketlərdə işıqlandırma sistemi elədir ki, çəkilmiş ət qıpqırmızı görünür. Şübhədən çıxmaq üçün həmin məhsullardan uzaq durmaq lazımdır. Ən yaxşısı,sümüksüz ət alıb, özümüz qiymə halına salaq. Bu, daha məqsədəuyğundur. Qiymələr bəzən başqa ət ilə də sintez edilir. Məsələn, qoyun ətinin çıxıntıları mal ətinə qarışdırılır. Digər bir aldadıcı vasitə isə süni rəngləndiricilərdir. Həmin rəngləndiricilər vasitəsilə ətin rəngi qırmızı görünür. Rəngləndirilən əti su ilə yuduqda,rəngini buraxır. Vətəndaşlar əti özləri çəkməli və ya marketdə çəkdirməlidir".