Atası Emindən danışdı:"Onunla fəxr edirəm"

Atası oğlu ilə fəxr etdiyini bildirib. O, qeyd edib ki, Eminin Azərbaycandakı layihəsi ilə qürur duyur
"Düşünürəm ki, onun layihəsi ilə hamı fəxr edir. Ata kimi Eminlə fəxr edirəm. Rusiyada böyük mərkəzi tikəndə ona dedim ki, düşün ki, mənim etdiklərim sıfırdır. Sən sıfırdan başlamalısan və irəli getməlisən. Dediklərim gerçəkləşdi. Bəlkə indi Emin bunu xatırlamır".