Deputat: “Bilmirəm, kim Azərbaycana örnək göstərir ki, Gürcüstanda birlik var, xalq siyasətçilərə dəstək verir”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.
Deputat bildirib ki, Gürcüstanı nəzarətə götürmək uğrunda mübarizə gedir: “Buna görə də müvəqqəti olaraq onların siyasi qüvvələri bir araya gəlib, etiraz aksiyası keçirirlər. Bundan əvvəlki dövrlərdə də gördük ki, şəxsi münasibətləri elə də yaxşı olmayıb. Sonrakı dövrdə də artıq hakimiyyət öz ağırlığını qoyacaq. Onsuz da nə qədər əleyhinə olsalar da, Avropa İttifaqına daxil olan ölkələr seçkinin nəticələrini tanıyıblar. Buna görə də, hesab edirəm, Gürcüstanla bizi ümumiləşdirmək doğru olmaz”.