“Qaçqınkom” 1 milyonluq su nasosları alır

Rəsmi məlumata görə, bununla bağlı “AZ SYSTEMS” MMC ilə 289.176,7 manatlıq satınalma müqaviləsi imzalanıb.
İlk baxışdan burada qeyri-adi nəsə yoxdur. Lakin iki gün öncə “Qaçqınkom”un məhz su nansoları almaq üçün daha bir tenderini aşıqlamasına diqqət etdikdə, ortaya fərqli mənzərə çıxır. Belə ki, oktyabrın 29-da sözügedən dövlət qurumu su nasoslarının alınması üçün “Nurel Elektrik” MMC ilə 699.852,1 manatlıq müqavilə imzalayıb.
İndi sual yaranır ki, “Qaçqınkom” üst-üstə 1 milyon manatlıq su nasosları ilə nə etmək istəyir? Və ya bu qədər nasos nəyə lazımdır?