Ruhi Əliyevanın pişiyinə xəsarət yetiriblər - VİDEO

"Pişiyimə xəsarət yetiriblər. Videodan da göründüyü kimi kobud davranırlar, ona əziyyət verirlər. Əgər pişik narahatdırsa, feni söndürüb onu sakitləşdirmək lazım idi, əksinə üzünə tutub, kobud rəftar etmək yox. Ən pisi də odur ki, adamlar özlərinə haqq qazandırır. Günahlarını görmürlər.
Simbanın burnu zədələnib və çox narahatdır. Paylaşmaqda məqsədim həm də odur ki, siz də agah olasınız. Heyvanınızı hər yerə etibar etməyəsiniz. Burnunun görüntüsü videonun sonundadır".