Fazil Mustafa: ““London” taksilərin aqibəti göstərir ki, vəsaitləri elə-belə xərcləmək olmaz”

Milli Məclisin deputatı Fazil Mustafa Pravda.az-a açıqlamasında deyib ki, məsələ müzakirə olunmalı, faydalı hansısa variantlar varsa, həllini tapmalıdır.

“Təəssüf ki, bir çox məsələlər bizdə əvvəlcədən ictimai müzakirədən keçmir. Nəticədə isə belə problemlər yaşanır və xoşagələn hal deyil. Hər halda "London" taksilərin aqibəti göstərir ki, vəsaitləri elə-belə xərcləmək olmaz. İndiki taksilərlə bağlı siyasət müzakirə olunmalı, faydalı tərəfləri barədə mütəxəssislər geniş fikirlərini, rəylərini bildirməlidirlər ki, sonra hansısa şəkildə yenə narahatlıq yaşanmasın. Təəssüf ki, biz buna hələ nail ola bilmirik. Ümid edək ki, bu dəfə daha doğru, optimal qərar qəbul olunar, büdcə vəsaitlərinin daha məqsədyönlü xərclənməsinin şahidi olarıq”, - deputat bildirib.