Hava şəraiti ilə bağlı xəbərdarlıq: Qar yağacaq

Hava şəraiti ilə bağlı xəbərdarlıq: Qar yağacaq Növbəti iki gündə bəzi rayonlara leysan yağacaq.
 
Pravda.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Noyabrın 5-i gündüzdən 6-sı gündüzədək bəzi yerlərdə havanın fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
 
Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi-Aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.
 
Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Tarix: 4 Noyabr 2024, 15:52   

Geri qayıt