Azərbaycan XİN rəhbəri: Ermənistanın COP29-da iştirak etməməsi itirilmiş fürsətdir

Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Ermənistan tərəfindən də konfransda iştirakla bağlı bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onların COP29-da iştirakını müşahidə etməmişik. Hesab edirik ki, bu da onlar üçün itirilmiş bir fürsətdir".