Balıq ucuzlaşdı - VİDEO

Satıcıların sözlərinə görə, səbəb xarici balıqlara daha çox tələbatın olmasıdır. Balıq satışı üzrə mütəxəssis İlkin Novruzovun sözlərinə görə, ən çox levrək, çupra, qızılbalığa tələbat var:
"20 ildir bu satışla məşğulam, əvvəllər xarici məhsullara bu qədər tələbat yox idi. Xarici balıqların içərisində ən bahalısı salmondur. Bu balıq növü əvvəllər 30-35 manat idisə, indi qiyməti 40-45 manat arasında dəyişir. Nərə əvvəllər 50-55 manat idisə, hazırda 40-35 manatdır. Foreli əvvəllər 18-20 manata satırdıqsa, indi 14 manata qədər düşüb".
Qeyd edək ki, balıq bazarında piştaxtaları bəzəyən xarici balıq çeşidləri Rusiya, Qazaxıstan, İran, və Türkiyədən idxal edilir.
Ətraflı Baku TV-nin süjetində: